booked.net booked.net  

Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir, amma təəssüflər olsun, bəzən əksinə daha çox rast gəlinir. Yəni, qanunvericiliyin tələblərinə əməl edilmir...

Baş Prokurorluqdan "Təzadlar"a verilən bu məlumat da dediklərimizin təsdiqidir. Belə ki,  “Zaloğlu İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Qəbələ rayon ərazisində işçinin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Qəbələ rayon prokurorluğunda araşdırma aparılıb.  Araşdırma zamanı qeyd olunan Cəmiyyətin direktoru Tural Zalovun əmək müqaviləsi bağlamadan Qəbələ rayon sakini Qafqaz Alcanovu müxtəlif tikinti işlərinin yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib. Faktla bağlı Qəbələ rayon prokurorluğunda hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

"Zaloğlu İnşaat"ın direktoru yəqinki bir daha belə etməyəcək. Zalım oğlu, adamı əmək müqaviləsiz işlədirsən, hələ bir əmək haqqını da vermək istəmirsən... Nəticədə qanun işə düşür və...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA