Bakı metrosunun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləyən Fransa vətəndaşı Klerk Teqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmaelin və Avstraliya vətəndaşı Han Paulun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

TEZADLAR.AZ xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Müttəhimlərdən Klerk Teqo Hüqo həbsdə, digərləri sərbəst mühakimə edilirdi.

Onlar metro vaqonlarını rənglədiklərinə görə xuliqanlıqda və əmlakı qəsdən məhv etmə və ya zədələməkdə ittiham olunublar.

Hakim Gültəkin Əsədovanın hökmü ilə Klerk Teqo Hüqoya 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Digərləri isə 6 min 800 manat cərimə cəzasına məhkum edilib. Müttəhimlərə zərərçəkmiş quruma vurulmuş ziyan da tam ödətdirilib.

Xatırladaq ki, Avstraliya İttifaqının vətəndaşı P.Han Paul, Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent və Fransa Respublikasının vətəndaşı Klerk Teqo Huqo 30 mart 2024-cü il gecə saatlarında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurublar.

Əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransa Respublikasının vətəndaşı Klerk Theqo Huqo məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs, digərləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilmişdi.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN