Gəndob-Yalama yolunda hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü Vilayət Əmirovun narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, avtomobilində narkotik vasitə də aşkar olunduğundan o, ərazi polis orqanına təhvil verilib.

Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən narkotik vasitə qəbul edərək sükan arxasında əyləşən daha iki nəfər Xaçmaz rayon sakini Səməd Əhmədov və Əlsafa Hüseynov da saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN