Bakıda maskalanıb oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Tezadlar.az xatırladır ki, Azərbaycan Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb. Məlum olur ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxslər gecə saatlarında qəsəbə sakinlərinin birinin mənzilinə daxil olaraq 150 manat nağd pul, 7550 manat dəyərində qızıl-zinət əşyaları, 10 ədəd qol saatı və fotoaparat oğurlayıblar. Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənlər - axtarışda olan 35 yaşlı Vüqar Tapdıqzadə və 33 yaşlı Orxan Nəcəfov müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər oğurluq zamanı mənzildə olan təhlükəsizlik kameralarına düşməmək üçün onun üzərini polietilen paketlə bağlayıblar və xüsusi hazırladıqları maskalardan istifadə ediblər. Faktla bağlı araşdırma aparılır.
Bu da belə: maskalanıb evə girib irəli düşmək istədi, amma sonda özü "içəri" düşdü... Sonrakı peşmançılıq isə heç vaft fayda vermir...
ELŞAD