Fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstanda saxlanılıb.
Onun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.
R.XUDATQIZI