Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxslər gecə saatlarında qəsəbə sakinlərinin birinin mənzilinə daxil olaraq 150 manat nağd pul, 7550 manat dəyərində qızıl-zinət əşyaları, 10 ədəd qol saatı və fotoaparat oğurlayıblar.

Bu barədə TEZADLAR.AZ-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənlər - axtarışda olan 35 yaşlı Vüqar Tapdıqzadə və 33 yaşlı Orxan Nəcəfov müəyyən olunaraq saxlanılıblar.

Həmin şəxslər oğurluq zamanı mənzildə olan təhlükəsizlik kameralarına düşməmək üçün onun üzərini polietilen paketlə bağlayıblar və xüsusi hazırladıqları maskalardan istifadə ediblər.

Faktla bağlı araşdırma aparılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN