Bakı Dövlət Universitetində "Məmməd Xələfov auditoriyası" yaradılacaq...

Tezadlar.az jurnalist Asif Mərzilinin BDU-dan hazırladığı reportajına istinadla bildirir ki, bu barədə universitetin rektoru Elçin Babayev Məmməd Xələfovun anadan olmasının 100 illiyinə həsr olunmuş Elmi Konfransdakı çıxışında bildirib. Sitat: «…Mən Məmməd müəllimi dərindən tanımamışam, amma burada söylənilənlərdən sonra bir daha yəqin etdim ki, professor Məmməd Xələfov əsl məktəb olub: elmin, hüququn, insanlığın, mərdliyin, kişiliyin, Azərbaycansevərliyin məktəbi! Təklif edirəm ki, birincisi, universitetdə «Məmməd Xələfov auditoriyası» yaradılsın. Elə bir auditoriya ki, Məmməd müəllimin özü kimi işıqlı, samballı, dəyərli, nümunəvi olsun… İkincisi, burada yeni nəslə ibrətamiz olacaq çox maraqlı xatirələr səsləndi. Təklif edirəm, bu xatirələr toplanılsın və kitab halında çap edilsin, gələcək nəslimizə yadigar qalsın. Kitab tirajından, həcmindən asılı olmayaraq Bakı Dövlət Universitetinin vəsaiti hesabına çap edilsin…».

Rektorun bu təklifləri alqış sədaları ilə qarşılanıb… BDU-nun professoru Alış Qasımov "Təzadlar"a açıqlamasında bildirib ki, rektor Elçin Babayevin bu tıklifi universitetin hüquq fakültəsinin professor-müəllim heyətinin ürəyindənnolub: "...Universitet tarixində ilk dəfədir ki, belə bir auditoriya təsis olunacaq. Təbii ki, bu addım tələbələrin məsuliyyətini birə-beş artıracaq. Eləcə də hüquqşünaslıq elmini tədris edən müəllimləri sövq edəcək ki, onların tələbələri məhz Məmməd müəllimin qoyub getdiyi irsin davamçıları yetişsin...".

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN