...Artıq neçənci dəfədir yazmaq istəyirəm... Əvvəllər Prezidentin sabiq köməkçisi Əli Həsənovun BMM-i, yəni mətbuat konfransları təşkil edilməsi üçün Beynəlxalq Mətbuat Mərkəzi var idi. Bəlli korrupsiyalaşmadan və keçmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli həbs ediləndən sonra beşmərtəbəli, iki konfrans zalı və s. olan mərkəzin qapıları qıfıllandı...
***
İndi ora bağlıdır. Amma dövlətdən oğurlanmış pul hesabına tikilmiş həmin bina və BMM niyə istifadəsiz qalsın? Niyə jurnalistlərin və media konfransı keçirmək istəyən vətəndaşların ixtiyarına verilməsin? Yaxud, elə vaxtilə "Azərbaycan" nəşriyyatının ərazisində olan sahədə tikildiyindən nəşriyyata verilməsi yaxşı olmazmı??? Çünki vətəndaşlar, yaxud QHT-lər və sair qurumlar mətbuatı bir yerə cəm edib tədbir nkeçirmək istəyir, amma münasib yer tapılmır. Hesab edirəm, bu məsələ tezliklə həllini tapar...
Təklif bizdən, icra sizdən, cənab məmurlar!
A.Məmmədli