Qazaxıstanda qadın jurnalistlərə qarşı qanunsuz hərəkət halları araşdırılacaq.

Bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay Facebook səhifəsində məlumat verib.

Jeldibayın sözlərinə görə, “Adil söz” Beynəlxalq Fondu və Qazaxıstan Jurnalistlər Birliyinin qadın jurnalistlərin müdafiəsi ilə bağlı prezidentə ünvanlanmış müraciəti nəzərə alınıb.

“Kütləvi informasiya vasitələrinin nümayəndələrinə qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün baş vermiş hadisələrin araşdırılması ilə bağlı müvafiq idarələrə tapşırıqlar verilib”, - deyə dövlət başçısının mətbuat katibi bildirib.

***

Qeyd edək ki, “Adil söz” Beynəlxalq Fondu və Qazaxıstan Jurnalistlər Birliyinin ölkə Prezidenti Kasım Jomart Tokayevə ünvanlanməş müraciət -məktubda qadın jurnalistlərin təqiblərə məruz qalması diqqətə çatdırılıb və  hüquqi həlli üçün təcili təsirli tədbirlərin görülməsi tələb edilib.

Vurğulanıb ki, ölkənin Baş Prokurorluq və Daxili İşlər Nazirliyi qadın jurnalistlərin təhlükəsizliyinə qəsdlə bağlı hər bir faktın araşdırılmasını xüsusi nəzarətə götürməlidir.

“ Ümumiyyətlə, BMT-nin İnsan Hüquqları Şurasının jurnalistlərin təhlükəsizliyinə dair 33/2 saylı qətnaməsinə uyğun olaraq, konkret fəaliyyət proqramına ehtiyac var. Qanunsuzluq və jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlıq ölkədə demokratik islahatların həyata keçirilməsinə mane olur və Qazaxıstanın hüquqi və demokratik dövlət kimi imicinə xələl gətirir”, –deyə müraciətin mətnində deyilir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN