booked.netbooked.net booked.net  

Jurnalist Aydın Caniyev həbs olunub. Tezadlar.az vəkil adil Məsiyevə istinadla bildirir ki, bu barədə barədə Yasamal Rayon Məhkəməsində qərar çıxarılıb. Jurnalistin barəsində Baş Prokurorluq tərəfindən məhkəməyə təqdimat daxil olub. Aydın Caniyev haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə bir ay müddətinə inzibati həbs qərarı verilib. Məlum olur ki, jurnalist Eynulla Fətullayev onun barəsində Baş Prokurluğa şikayət verib. E.Fətullayev şikayətində Aydın Caniyev tərəfindən təhqir edildiyini göstərib. O, bu barədə özünün feysbuk hesabında da paylaşım edib. E.Fətullayev paylaşımında Kamran Əliyevə və məhkəməyə təşəkkür edib. Məsələ ilə bağlı Aydın Caniyevin feysbuk hesabında da paylaşım edilib. Sitat:  "Yasamal məhkəməsi Aydın Cana 1 aylıq inzibati həbs verdi. Eynulla Fətullayevin Baş Prokurorluğa feysbuk statuslarına görə  iddia ərizəsi əsasında. Aydın Can qərara etiraz etməyib, vəkildən imtina edib. Bir aydan sonra hər şeyi hər kəsi AYDINlatmaq ümidiylə...” .

Beləliklə, iki jurnalistin dil tapmaması sonda bu hala gətirib çıxardı.

E.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN