İsveçrə ilə Azərbaycan qədər fərqli  ölkələr olsalar da,  onları oxşar edən cəhətlər var.

Hər ikisi Avropa ölkəsidir, əhali sayı təxminən bərabərdir (9-10mln.), iqlimləri oxşardır, hər iki ölkənin idarəetməsində seçkilər əsasdır, hər halda ölkələrin konstitusiyası bunu təsdiq edir. Ölkələrimiz arasında ən nəzərəçarpacaq fərqlərdən bəlkə də birincisi isə, yəqin ki, İsveçrənin  bizdən fərqli olaraq, hələ 10 əsr (1291) öncədən müstəqil dövlət olmasıdır. Əlbəttə ki, bu həm də indiki İsveçrənin uğurlarını şərtləndirən əsas amillərdəndir. Ona görə, bu yazının  maraqlı olacağını düşündüm.

XXX

 ...İki ay sonra İsveçrədə Federal Seçkilər (parlament seçkiləri) keçiriləcək. Və xatırladım bu seçkilər hər 4 ildən bir keçirilir. Bu ərəfədə təxminən 60 min isveçrəli Sosial sorğuda iştirak edib, sorğunu isə gfs.bern (Political and communications research) institutu keçirib. Sorğunun nəticələri iştirakçıların təxminən 70%-nin öz həyatından razı olduğunu düşünməyə əsas verir.  

   İsveçrəlilər seçkiöncəsi nə haqda düşünür? Onları nə xöşbəxt edir? Onlar həyatdan nə gözləyir? Bunlar respondentlərə verilmiş suallardır. Sorğu ölkə əhalisinin politrasında bəzi  nüansları da aşkarlayıb: İsveçrəlilər varlıdırlar, təbiəti sevirlər, səbrlidirlər və sağlamdırlar. Əlbəttə ki, bunlar İsveçrədə çoxdan formalaşmış stereotiplərdir. Sorğudan belə aydın olub ki, məsələn, öz yaşayışlarından razı olan İsveçrəlilər iqlim dəyişikliklərindən narahatdırlar, onlar öz həyatlarının sabit inkişafı üçün Rusiya və Ukrayna arasındakı qarşıdurmanı həyəcanla izləyirlər. Onlar öz ümumi həyatlarını əsas sayırlar və cəmiyyətdə fərdi peşəkarlıq tələbatlarının artmasından narahatdırlar. Nəticələrinə diqqət etsək, rəyi soruşulanların siyahısında iqlim dəyişikliyindən narahatlıq məsələsinin mübahisəsiz ilk yeri tutduğunu görərik. Məsələn, sorğuda iştirak etmiş hər 10 nəfərdən 7-si hesab edir ki, bu ən vacib problemdir və təcili müdaxilə tələb edir. Cəmi 3%  respondent hesab edir ki, bu məsələdə insan faktoru həlledici deyil. Bununla yanaşı, çoxluq ölkənin daxili siyasətinin  bu problemin həllində təkbaşına yetərli olacağına şübhə ilə yanaşır.

2222888f-79f6-43d3-8593-aaae9fc17ef6

Ancaq eyni zamanda, rəyi soruşulanların  dörddəüçü əmindir ki, Konfederasiya bu məsələ ilə bağlı öz üzərinə məsuliyyət götürməlidir, hətta  ətraf mühiti zərərli qazlarla daha çox çirkləndirən  günahkar ölkələr bu işdə iştirak etməsələr bələ. Təbiəti qorumaq naminə, onu sevən və yüksək həyat şəraitinə malik olan İsveçrəlilər, hətta öz imkanları hesabına bu işi dəstəkləməyə hazırdırlar. Yeri gəlmişkən qeyd edim ki, belə deyənlərin əksəriyyəti qadınlardır.
 İsveçrəlilər  fərdi qaydada da bu xeyirxah işdə iştirak etməyə hazırdırlar. Məsələn,  istilik təlabatlarının azaldılması yolu ilə, qaz və mazut istifadəsindən imtina etmək s. Ancaq İsveçrəlilər  avtomobildən istifadə etməmək fikri ilə hələ razı  deyillər.

 Bütün bunlarla yanaşı, İsveçrədə əhalinin böyük əksəriyyəti öz maddi durumu ilə əlaqədar heç narahat deyil, yaxud çox az narahatdır  və xeyirxahlıqla məşğuldur. Ölkə əhalisinin yalnız 30%-i maddi durumla əlaqədar narahat olduğunu etiraf edir.  İsveçrədə çoxluğun fikri həm də hazırda gənclərin keyfiyyətli evlər əldə etmək imkanının olmadığı məsələsində üst - üstə düşür. Rəyi  soruşulanların 80%-i  hesab edir ki, bu günün  İsveçrəsində orta təbəqə, əvvəlki illərdən fərqli olaraq, daha çətin dolanır. Hazırda İsveçrəlilərin gündəlik  həyatında iş daha çox vaxt aparır, orta hesabla gündə  6  saat.

XXX

"Daha çox hansı hissləri keçirirsiniz?" -sualına cavab olaraq respondentlərin çoxu düşünmədən  özlərini pozitiv hiss etdiklərini, sevindiklərini, xöşbəxt olduqlarını, öz potensialından istifadə etmiş  olduqlarını və dincəldiklərini qeyd ediblər. "Bu gözəl hissləri necə saxlamaq və uzatmaq olar?"-  sualına cavab verənlərin əksəriyyəti deyir ki, sağlamlığın (özünün və yaxınlarının) qeydinə qalmaq, dəyərləri qorumaq, özünə  əylənmə imkanları yaratmaqla!
 İsveçrəlilərin çoxu inanır ki, xöşbəxt uzunömürlülüyün sirri  - təbiətlə vəhdətdə olmaqda və yetərincə şəxsi pulun olmasındadır. Əyləncələrə gəlincə, əksər hallarda söhbət idmandan gedir (rəyi soruşulanların 70%-i mütəmadi idmanla məşğul olur), spirtli içkilərin  qəbulunu (15% bunu gündəlik özünə uyğun bilir)  və cinsi fəallığı da bu sıraya aid edirlər.

ba39fa96-8dd7-4232-99fc-26828d0c5e72

 İsveçrədə əhalinin böyük hissəsi sağlamlığının qeydinə qalaraq,  tütündən, narkotikdən, qumar oyunlarından tam imtina edib və şəxsi gigiyenaya ciddi yanaşır: rəyi soruşulanların  dörddə üçü gündəlik vanna və ya duş qəbul etdiyini, ən azı həftədə  bir dəfə dəsmal (qətifə) dəyişdiyini  vurğulayır.

Əhalinin 70%-i  hər şeydən əvvəl özünü isveçrəli  hesab edir, böyük əksəriyyəti isə əmindir ki, həmvətənləri onların prinsipləri və əsas dəyərləri ilə həmrəydirlər.
 XXX
...Özünü həqiqi isveçrə
li saymağın əsas faktorları kimi respondentlər milli institutlara və qanunlara hörmət etməyi,  heç olmasa bir dövlət dilini bilməyi(İsveçrədə 4 dövlət dili var), təbiətə  qayğıkeş davranışı əsas göstəriblər. Respondentlərə görə gerçək isveçrəli olmaq üçün bu ölkədə doğulmaq ikinci dərəcəli şərtdir. Onların fikrincə əsl "isveçrəlilik" həqiqi demokrat olmaqdan keçir.Rəyi soruşulanların 84%-i belə deyir. Bunun ardınca isə,  kiçik müstəqil ölkənin tarixi, monarxiyanın qəbulolunmazlığı, dil müxtəlifliyi kimi məsələlər və dağlara olan məhəbbət gəlir. 
 Bəs şəxsi həyatda vəziyyət necədir? İsveçrədə kəbin geridəqalmış sosial institut sayılmır, rəyi soruşulanların 10-dan  7-si  hesab edir ki, uşaq sahibi olmaq, heç də dolğun həyat rəmzi sayılmır. Ancaq orta isveçrəlilərin çoxu şəxsi münasibətlərdə sadiqliyi yüksək qiymətləndirir. 
Göründüyü kimi  İsveçrə insanı, onun həyat tərzi, dəyərlərə verdiyi qiymət, onu narahat edən problemlər bizim cəmiyyətin insanının həyat tərzi, anlayışları ilə çox fərqlidir və bunun da köklü səbəbləri var. Bu səbəblər indiki İsveçrənin aşağıdakı uğurlarını şərtləndirir: İsveçrə dünyanın ən inkişaf etmiş ölkələrindən sayılır. Beynəlxalq Valyuta Fondunun  məlumatına görə, İsveçrə adambaşına düşən zənginlik səviyyəsinə görə ilk yerdə, adambaşına düşən ÜDM  həcminə görə isə, ilk onluqda qərarlaşıb. Ancaq unutmayaq ki, İsveçrə 10 əsrdir müstəqil  dövlət kimi inkişaf yolu keçib və bu uğurların kökündə həm də, uzun tarixi dövlətçilik ənənələri  dayanır. Gəlin biz də optimist olaq və inanaq ki, doğma Azərbaycanı da demokratik dəyərlərə söykənmiş, inkişaf etmiş ölkələrin sırasında görəcəyik.

 İlham Rəsul,

"Təzadlar"ın xüsusi müxbiri

(İSVEÇRƏ)

cd8d3669-0841-4507-b11c-1531fb5816c3

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN