Keçək mətləbə: bizcə, əlavə şərhə ehtiyac yoxdur ki, hazırda sürücülər üçün Bakının yolları nə deməkdir!

Bəli, hər gecə yuxusunda saatlarla tıxacda qalmasını görən, gün ərzində normadan 2-3 dəfə çox benzin yandırmağını, həlli mümkünsüz görünən tıxaclar səbəbindən işə gecikməyini, yaxud sərnişinini vaxtında mənzil- iş başına çatdıra bilməməsini özünə dərd edən, nəhayət, il ərzində idarə etdiyi avtomobilinə görə ən azı 100-150 manat sığorta pulu, bu qədər də texniki baxışa ödəmələrini verən, 2-3 bu qədər süni qayda pozuntularına görə cərimələnən... sürücülərin dərdinə indi biri də əlavə olunur: evinin qarşısında, həyətində, qapısında... avtomobil saxlamağa görə ödəniş!!!

XXX

 Problemin kökü belədir: Prezidentin 8 sentyabr 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra: AYNA) "Nizamnamə və Əsasnaməsi" təsdiq edildi. Həmin vaxt hamı kimi, bizim də sevincimizin həddi- hüdudu olmadı ki, nəhayət, Bakının yollarındakı çoxsahibliliyə son qoyulacaq. Eləcə də nəqliyyatın idarə edilməsindəki xaosa və sürücülərin canını boğazına yığan tıxaclara...

Niyə bütün qayda və qanunların cəzasını yalnız sürücülər çəkməlidir?

Bəli, təxminən 1 il idi hamı kimi, biz də sevinirdik və ümid edirdik ki, nəhayət, o gün gələcək ki, Qarabağ erməni separatçılarının işğalından tam, Bakı şəhərinin yolları da hələki həlli mümkünsüz tıxaclardan tamamilə azad olunacaq!

Qarabağ şanlı ordumuzun sayəsində işğalçılardan azad edildi, amma ümid etdiyimiz AYNA Bakını nəinki tıxaclardan azad etdi, əksinə, Bakının acgöz MTK- ların daxiləqaçma sürəti ilə göydələnlər tikintisi ilə zəbt etdiyi və daraltdığı olan- qalan küçələrini gəlir mənbəyi üçün ələ keçirməkdədir. Bundan sonra sürücüləri hansı qara gün gözləyir, özünüz təsəvvür edin. 

"Təzadlar"a şikayət edən Bakının F.Bayramov, A.Cəlilov və Sabit Orucov küçələrində yaşayan sakinlərin xahişi ilə ərazidə olduq. Xətai rayon Prokurorluğunun da yerləşdiyi bu ərazilərdə dəhşətli və anlaşılmaz mənzərə ilə rastlaşdıq. Biz deyilən ünvanda olanda AYNA əməkdaşları əsas- baş yollarda, hətta yüksək çinli məmurlara məxsus restoranların qarşısına deyil, uzun illərdir sadə vətəndaşların yaşadığı binaların həyətlərində də xətləmə işləri aparırdılar ki, pullu duracaqlar quraşdırılsın... 

265e8542-c5c1-4f94-bb69-6ae744d8b893

AYNA niyə anormal fəaliyyətlə gündəmə gəlmək istəyir?

Sakinlərin etirazlarına məhəl qoymayan AYNA- çılar polis əməkdaşlarının müşaiyəti ilə bu ərazidə yaşayan sakinlərin uşaqlarının əyləndiyi, yaşlı insanların əyləşdiyi əraziləri həvəslə xətləyib yeni ödəmə terminal və lövhələri üçün hazırlayırdılar. Məsələn, Tağızadə11/15 saylı binanın (keçmiş qadın kalonu ilə üzbəüz bina) sakinləri faktiki olaraq AYNA- nın tələsinə və mühasirəsinə düşüblər. Bina sakinlərini dinlədikcə təəssüflənməyə bilmirik: "...Təsəvvür edin, binamızın hər tərəfi AYNA tərəfindən xətlənib, maşın saxlamaq ödənişli edilib. Yaxşı, biz avtomobilimizi harda və necə saxlayaq? Bu ərazidəki binaların sakinləri vaxtilə neft sənayesi sahəsində çalışmış sadə və zəhmətkeş insanlardır. Onsuz da kommunal xidmətlərə- işıq, qaz, su, istilik, zibil və s. kimi xidmətlərə güclə pul tapırıq... Binamızda avtomobili olanların demək olar hamısı ayrı- ayrı sahələrdə işləyib dövlətimizə xidmət edən insanlardır. Onlar əsasən də şəhərdən kənardakı iş yerlərinə getmək üçün avtomobillərindən istifadə edirlər, çünki ictimai nəqliyyat tıxaclara görə istifadədəyə əl vermir... İndi belə çıxır ki, dövlətimizə xidmət etmək naminə maşın alırıq, benzin yandırırıq, hər il bu maşına görə sığorta və texniki baxış xərci, xeyli cərimə də ödəyirik, bu tərəfdən də qapımızda maşın saxlamaq üçün hər gün əlavə ödəniş verməliyik? Bu özbaşınalıqdır. Bizim binalar Sovet dövründə tikilmiş dörd və ya beşmərtəbəli binalardır, yeraltı qarajımız yoxdur. Göydələnlərlə bizi səhv salıblar. Xahiş edirik, bu məsələni ölkə rəhbərliyinin diqqətinə çatdırın. Çünki bu əraziləri xətləyib rüsum lövhələri qoyanlara vəziyyəti başa salırıq, Prezidentin Fərmanını bəhanə gətirirlər. Həmin Fərmanı oxumuşuq, orda belə hal nəzərdə tutulmayıb. Yəni, AYNA işçiləri dolayısı ilə günahı Prezidentin Fərmanına və nəqliyyat nazirinin üzərinə atırlar...".

 Bəs AYNA-nın Əsasnaməsində hansı vəzifələri var?

AYNA- nın Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli  Fərmanı ilə təsdiq edilmiş "Əsasnamə"sində oxuyuruq: 

"1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) avtomobil nəqliyyatı sahəsində (bundan sonra – müvafiq sahə) tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur...".

Əsasnamənin 3.1.22. Bəndində isə yazılır: “"Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək...".

81b355f0-79bc-48ec-9d48-cc07f45e60bf

Bu bəndlər AYNA-nın fəaliyyətini tənzimləyən vacib şərtlərdir. Digər bəndlərdə də həyət və bacaların fotoşəkillərdə təqdim edilən formada xətlənib vətəndaşları çıxılmaz vəziyyətə salmanın forması yoxdur, rast gəlmədik. Hətta Əsasnamənin  3.2.8. Bəndindəki "...sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək" bəndində də AYNA üçün indi vətəndaşların ciddi narazılığına səbəb olan hallara icazə verilməsini görmədik. Bəs görəsən AYNA- nın bu ictimai narazılığa yol açan fəaliyyətindən Nazirlik rıhbərliyinin xəbəri varmı? Təkrar edirik, onsuz da hər gün tıxaclarda qızıldan qiymətli vaxtını və əsəblərini xərcləyın, izafi yanacaq yandıran sürücülərə bu yandan da öz qapısında maşın saxlamağa görə ödəniş tələb etmək qətiyyən normal və ədalətli yol deyil...

Mövzunu davam etdirəcəyik.

"Təzadlar"ın Araşdırma Qrupu

2e1997f8-1215-4f77-b724-df929ece12cb

ed2e3a9d-0982-416c-8d6e-e984a4bed73d

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN