...Hələ 1989-cu ildə "Mən belə dünyanın nəyindən küsüm?" - deyən böyük ustad, Xalq şairi Məmməd Arazın iki gün sonra 90 illik yubileyidir. Nə Mədəniyyət və Təhsil Nazirliklərinin, nə Azərbaycan Yazıçılar Birliyinin, nə də Prezident Administrasiyasının aidiyyəti şöbəsinin aidiyyəti tapşırığı və fəaliyyəti görünmür, hiss olunmur... Mən hələ onu demirəm ki, ustadın yubileyindən bir gün sonra həm də dünya şöhrətli alim Xudu Məmmədovun xatirə günüdür...
XXX
...Məmməd Araz xalqın başqa sahədə Fəxri adlısı olsaydı, görəsən yenə də belə laqeydlik olacaqdımı? Halbuki ən azı bitməkdə olan bu həftəmiz şairin adına və yaradıcılığına layiq təntənəli tədbirlərlə zəngin olmalı idi. TV- lərin ekranı özünü şair və ya artist, müğənni adlandıranların ad günü və ya yubileyləri, yaradıcılıq tədbirləri ilə aşıb- daşır. Bu boyda şairə nə saraylarımızda yubiley tədbirinə yer, nə də TV ekranlarında isə vaxt tapılmır???
XXX
 Şair, eşidirsizmi? Nə deyim, yəqinki incimirsiniz ən azı Azərbaycan Yazıçılar Birliyindən, adınızdan qürur duyan, indi sizi unudanlardan... Axı hələ 34 il qabaq -1989-cu ildə "Mən belə belə dünyanın nəyindən küsüm?" yazmışdınız... Dünyanı qoyaq bir kənara, bu soyuq adamlardan niyə də küsəsiniz?! Bu hələ harasıdır, o qədər küsməli adamlar var ki... 
 Allah sizə rəhmət eləsin, ürəyi Azərbaycan boyda olan Məmməd Araz! Bilirsiniz ki, "Dünya sənin, dünya mənim, dünya heç kimin"dir! Heç o inciməlilərin də... 


"MƏN BELƏ DÜNYANIN NƏYİNDƏN KÜSÜM?!"
Söz verdim, söz adlı dəfinə verə,
Tək bircə ölümsüz qərinə verə.
Umdum nə verdi ki, küsdüm nə verə?
Mən belə dünyanın nəyindən küsüm?
İtirib özündə özünü dünya,
Toyların, yasların özülü dünya...
Əlim ətəyindən üzülü dünya...
Mən belə dünyanın nəyindən küsüm?
Ömrünə vay salar, vaydan utanmaz,
Saç yolub-hay salar,
Haydan utanmaz,
Günəşdən utanmaz, Aydan utanmaz,
Mən belə dünyanın nəyindən küsüm?
Çaydı dəhnəsində xırsız əjdaha,
Gecəsi salamat çıxmaz sabaha.
İti bazarında atından baha,
Mən belə dünyanın nəyindən küsüm?
Dağ olsan, istəsə qolunda saxlar,
Büküb bir hörümçək torunda saxlar,
Yüz illik odunu qorunda saxlar,
Mən belə dünyanın nəyindən küsüm?
Bir gözü işıqdı,
Bir gözü buzdu,
Məkrli qadındı, gülçöhrə qızdı,
Həlimdi, kövrəkdi, sərtdi, quduzdu...
Mən belə dünyanın nəyindən küsüm?
Ayağı altına yastıq qoyanlar,
Başının altına qumbara qoydu!
Nadanlar dünyanı qumara qoydu!
Mən belə dünyanın nəyindən küsüm?
Olsan öz haqqının köləsi belə,
Əri öz içində, öləzi belə,
Ondan inciyənin beləsi belə...
Mən belə dünyanın nəyindən küsüm?
1989
TƏQDİM ETDİ: Asif MƏRZİLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN