Rusiya Xarici İşlər Nazirliyi ABŞ-dan təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərə cavab alıb.

Nazirliyin məlumatına görə, ABŞ səfiri Con Sallivan Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkoya Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabını təqdim edib.

 Məlumatda qeyd edilir ki, görüş ABŞ-ın diplomatik nümayəndəsinin xahişi ilə keçirilib.

"Amerika diplomatik missiyasının rəhbəri, Rusiya tərəfinin daha əvvəl təqdim etdiyi təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli müqavilə layihəsinə, ABŞ Administrasiyasının yazılı cavabını təqdim edib", - deyə nazirlikdən bildirilib.

 Qeyd edək ki, qərb bu həftə Rusiyanın təkliflərinə yazılı cavab verəcəyinə söz vermişdi. Rusiya xarici işlər naziri Sergey Lavrov “İrəli sürülən sənədlərin hər bir maddəsi ilə bağlı Moskvaya konkret cavab lazımdır” , - deyə vurğulamışdı.

Onun sözlərinə görə, Rusiya tərəfinin gələcək fəaliyyəti və dialoqun bərpası perspektivləri bundan asılı olacaq.

Qeyd edək ki, ABŞ səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk edərkən mediaya şərh verməkdən yayınıb. Bu barədə ria-novosti məlumat yayıb.

Və ABŞ-ın yazılı cavabında qeyd edilənlər, hələ ki, KİV-ə naməlumdur...

Xatırladaq ki, ötən ilin sonunda Moskva Brüssel və Vaşinqtona təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlərin layihələrini təhvil verib.

Kreml qərb tərəfdaşlarından NATO-nun Şərqə doğru genişlənməsindən, o cümlədən Ukraynanın ona daxil olmasından imtina, həmçinin ciddi hücum silahlarının, xüsusən də nüvə silahlarının yerləşdirilməsinə məhdudiyyətlərin qoyulması barədə hüquqi zəmanət tələb edir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN