KİV: NATO-NUN CAVABINDA “CİDDİ GÜZƏŞTLƏR YOXDUR"

DPA (Deutsche Presse-Agentur) alyansdakı mənbələrə istinadən xəbər verib ki, NATO-nun Rusiyanın təhlükəsizlik zəmanəti təkliflərinə cavabında “ciddi güzəştlər yoxdur”.

  “France-Press” agentliyi də daha əvvəl, mənbələrə istinadən bildirmişdi ki, NATO Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə yazılı cavab verəcək.

“Diplomatların sözlərinə görə, onda ciddi güzəştlər yoxdur”, - deyə agentliyin açıqlamasında qeyd edilib.

DPA xəbər verir ki, NATO-nun Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə cavabında RF-nin əsas tələblərinin “qəbuledilməz” olduğu bildirilir.

“Rusiyanın əsas tələblərinin alyans üçün qəbuledilməz olduğu açıq şəkildə ifadə edilir”, - agentliyin bəyanatında deyilir.

Bildirilir ki, bura, alyansın genişləndirilməməsi və Şərqi Avropadakı üzv ölkələrdən qoşunların çıxarılması tələbi də daxildir.

 Qeyd edək ki, bu gün NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə mətbuat konfransında “ Rusiya Ukrayna, Gürcüstan və Moldovadan qoşunlarını çıxartmalıdır”, -deyə bəyan edib.

Baş katib, həmçinin bildirib ki,  NATO Rusiya ilə danışıqlar fonunda və deeskalasiya ümidi ilə Baltik və Qara dəniz regionları da daxil olmaqla mövcudluğunu gücləndirir.

"Biz Rusiyanı vəziyyəti dərhal deeskalasiya etməyə çağırırıq. NATO əmindir ki, fikir ayrılıqları və gərginliklər güc və ya güc təhdidi ilə deyil, siyasi yolla həll edilməlidir", - deyə vurğulayıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN