Türkiyə prezidentinin Ukraynaya son səfəri uğurlu oldu...
Həm də ona görə ki, Türkiyə Ukrayna-Rusiya gərginliyinin aradan qaldırılmasında etibarlı körpü olduğunu dünyaya göstərməkdədir... "Türkiyə Rusiya-Ukrayna gərginliyinə son qoymaq üçün əlindən gələni edəcək", -deyən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında əlavə edib ki, "Mən 2 ildən sonra strateji tərəfdaşımız Ukraynaya yenidən səfər etməkdən qürur duyuram. Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha bəyan etmək istəyirəm. İnanıram ki, biz hər sahədə ikitərəfli əməkdaşlığımızı gücləndirəcəyik". Ərdoğan bu gün imzalanan azad ticarət sazişindən də danışıb: "10 milyard dollarlıq ticarət həcmi hədəfini qiymətləndirdik. İnanıram ki, razılaşma bizi tez bir zamanda bu məqsədə aparacaq", - deyə Türkiyə lideri qeyd edib.
A.Məmmədli