Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ukrayna ilə Rusiya arasındakı gərginliyi yaxından izlədiklərini bildirib.

“Milliyet” bildirir ki, Hulusi Akar Münhen Təhlükəsizlik Konfransından sonra jurnalistlərə açıqlamalar verib.

Nazir Ukrayna ilə Rusiya arasındakı gərginliyi yaxından izlədiklərini ifadə edərək deyib: “Orada hərbi fəaliyyət var. Bu hərbi hərəkətliliyin müəyyən təsirləri var. Bununla bağlı mətbuatda bəzi xəbərlər mövcuddur. Bunlara çox ehtiyatla yanaşmaq lazımdır. Çünki bəzi dezinformasiyalardan, saxta xəbərlərdən bəhs edilir. Ona görə də bəzi arzuolunmaz halların yaranmasının qarşısını almaq lazımdır”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN