Uzun zamandan bəri Türkiyə ilə İsrail arasındakı soyuq müharibə, nəhayət, sona çatdı...
Belə ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada səfərdə olan İsrail Prezidenti İsaak Hersoqu Beştəpə iqamətgahında rəsmi mərasimlə qarşılaması tarixi hadisə kimi dünyanın diqqət mərkəzindədir. İ.Hersoq fəxri qaravul dəstəsinin önündən keçib, sonra iki ölkə prezidentlərinin təkbətək görüşü başlayıb. Danışıqlardan sonra liderlər birgə mətbuat konfransı keçiriblər. Az əvvəl başa çatan birgə konfransda iki ölkənin, əsasən də enerji sahəsində strateji əməkdaşlığın perspektivlərindən geniş bəhs olundu. Eləcə də gələcəkdə reallaşdırılacaq iqtisadi əməkdaşlıqlar nəzərdə keçirildi.
İnanmağa dəyər ki, bu əməkdaşlıq gələcəkdə bölgədə dayanaqlı sülhün qarantı olacaq... Dünya, eləcə də Türkiyə mediası iki prezidentin bu günkü görüşündən geniş reportajlar yayımlamaqdadır.
A.Məmmədli