BİRİNCİ VİTSE-PREZİDENT QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ PAYLAŞIM EDİB
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
"2022-ci ilin fevral ayında Azərbaycan və Rusiya prezidentləri arasında 43 maddədən ibarət dostluq və əməkdaşlıq barəsində saziş imzalanıb. Bu sazişin müddəalarına görə Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə inkişafın əldə edilməsi üçün əsas verir. Yəni iki dövlət arasında iqtisadi, siyasi münasibətlərin inkişafı üçün əsas verən bir sazişdir. Rusiya bizim əzəli və əbədi olan bir qonşumuzdur. Rusiya sonsuz sayda yeraltı yerüstü sərvətlərə malikdir. Nüvə doktrinasına malik olan bir dövlətdir. Rusiyada qeyri-rəsmi məlumatlara görə, təxminən üç milyona yaxın soydaşlarımız yaşayır və işləyirlər".
Bunu Tezadlar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
A.Məsiyev qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında həm iqtisadi, həm siyasi sahədə münasibətlərin yaxşı olması hər iki dövlətin də maraqlarına uyğundur: “Bu baxımdan, Rusiyanın Azərbaycanın hər hansı bir bölgəsində konsulluq açmaq istəyi Azərbaycanın suverenliyinə, müstəqilliyinə xələl gətirmir. Ümumilikdə Rusiya Azərbaycanın hansısa bir bölgəsində konsulluq açırsa, həmçinin Azərbaycanın da belə bir istəyi ola bilər. Rusiyada Azərbaycan konsulluğunun açılması və konsulluğun sayının artırılması, Azərbaycanında maraqları üçün uyğundur. Konsulluğun açılması iki dövlət arasında münasibətlərin yaxşı olmasına hesablanmış bir addım ola bilər. İkinci tərəfdən də onu qeyd edim ki, hər hansı bir bölgədə konsulluq açılacaqsa bu, Azərbaycan xarici işlər naziri ilə razılaşdıqdan sonra, Prezidentinin razılığı əsasında razılığı əsasında bu konsulluq açıla bilər. Təbii ki, dövlətimizin maraqlarına uyğun olmayan hər hansı bir addıma prezidentimiz imza atmır. Hazırda iki dövlət arasında münasibətlər son vaxtlar inkişaf etməkdədir. Bütün sahələrdə əməkdaşlığımız sürətlə inkişaf edir. Bu da hər iki dövlətin prezidentləri arasında dostluqlarının olmasından qaynaqlanır. Eyni zamanda, dövlətlərarası münasibətlərin inkişafı və qeyd etdiyim kimi, hər iki dövlətin maraqlarına uyğundur. Həmçinin Cənubi Qafqazda Rusiya və Azərbaycanın strateji maraqları uzlaşmaqdadır”.
İrəvanın KTMT Nizamnaməsinə uyğun olaraq üzərinə götürdüyü maliyyə öhdəlikləri ləğv edilməyib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rəsmi instaqram səhifəsində paylaşım edib.