Dünən Ukrayna ordusu Xarkov vilayətində gözlənilməz əks-hücuma keçib.
Tezadlar.az "Azadlıq radiosu"na istinadla bildirir ki, bu barədə Britaniyanın “Guardian” agentliyi məlumat yayıb. Məlumata əsasən, Rusiya tərəfindən idarə olunan qondarma Donetsk Xalq Respublikasının nümayəndəsi Daniil Besonov bildirib ki, Ukrayna qüvvələri 27 min insanın yaşadığı Balakliya şəhərini "mühasirəyə alıb". O, əlavə edib ki, Ukraynanın hücumu uğurlu olarsa, Rusiyanın Ukraynanın şərqindəki hücumu üçün istifadə etdiyi strateji əhəmiyyətli şəhər olan İziumdakı Rusiya qüvvələrini təzyiq edərək bölgədən çıxaracaq.
Maraqlıdır ki, bu arada Türkiyə Prezidenti R.T.Ərdoğan bildirib ki, Avropa ölkələri Ukraynaya "metallomluq" silah-sursat verir... Amma göründüyü kimi, Ukrayna Rusiya ordusunu təzyiq altında saxlamaqdadır.
A.Məmmədli