…Bəllidir ki, ermənilərin olmayan tarixlərində ilk dəfə idi ki, bu cür rəzil və məğlub, mənən, hərbi və siyasi cəhətdən alçaldılmış vəziyyətə salınmasında Rusiyanın məxsusi maraqları rol almışdı. Yoxsa, necə oldu ki, yüz illərdir Rusiyanın ətəyindən ikiəlli yapışmış Ermənistan bu halə gəldi!
Bəs Rusiya niyə belə etdi və tarixi dostunu bu vəziyyətə saldı, diz çökməsinə razı oldu? Hesab edirəm ki, Rusiyanın bu marağı sülhməramlı adı altında ordusunu Azərbaycana- Qarabağa gətirməkdə tamamlandı. Çünki iki dava edənin arasına kimsə girməli, aralamalıdır. Bu missiya isə 30 ildir bunu gözləyən Rusiyaya çox lazım idi. Bölgədəki geo-siyasi vəziyyəti də bura əlavə etsək, qənaətimizdə yanılmamış olarıq.
***
Olsun! Amma olmasın ki, Rusiyanın sülhməramlılığı sonradan başqa problemlərə yol açsın. Əslində, Rusiya bunu hiss edir və görür. Çünki Şuşada Türkiyə-Azərbaycan birgə Bəyanatının imzalanması bundan doğurdu. Bölgəyə Rusiya sülhməramlılarının gəlməsindən sonra yaşananları hər kəs bilir. Bunu Rusiyanın siyasi və hərbi rəhbərliyi isə daha gözəl bilir. Amma…
***
Amma bütün bunların fonunda Rusiya və Ermənistan mətbuatında bəzi siyasi korlar Qarabağa 1828-ci ildə İran və Türkiyədən köçürülmüş erməni tör-töküntülərinə status istəyirlər. Halbuki məhz bu erməni tör-töküntülər idi 30 il Azərbaycanın həmin Qarabağını viran qoyan, orada yaşayan Azərbaycan türklərini didərgin salan, öldürən, əsir götürən… İndi necə anlayaq, həm torpağımızı-şəhər və kəndlərimizi viran qoysunlar, həm də durub indi də onlara status verək??? Özü də vur-tut 20-25 min erməniyə! Halbuki zamanında Qarabağda məskunlaşmış ermənilərə, hətta ən yüksək status təklif edilmişdi. Amma onlar bu humanist addımlardan meyxoş olmuşdular və daha böyük ərazilər zəbt etməklə Azərbaycanın daxilində- dövlət içində ikinci qondarma erməni dövləti yaratmaq istəyirdilər. İştahları və arzuları gözlərində qaldı. Azərbaycan ordusu 44 günlük döyüşdə 30 illik işğala son qoydu.
"Qarabağda 25 min erməni yaşayır. Bu qədər əhaliyə hansı statusun verilməsindən söhbət gedə bilər? Xankəndinə gələn və gedən maşınların sayını bilirik. Xarici maşınların erməni nömrəsi ilə dəhlizdən girişini də müşahidə edirik. Buna son qoyulacaq".
Bunu da Prezident İlham Əliyev bəyan edib. Bəli, bütün bunlara son qoyulmalıdır. Qoyulmasa…
***
O ki qaldı ermənilərə status verilməsinə, artıq vəziyyət o həddədir ki, indi ermənilərə status yox, rədd olub Qarabağdan getmələri üçün yol vermək lazımdır. Tərslikdən, o yolu da Rusiya sülhməramlıları göz bəbəyi kimi qoruyur. Özü də ermənilər üçün yox, özləri üçün… Amma o da var ki, ermənilər rədd olub gedə bilər, Rusiya sülhməramlıları buna imkan verərsə. Çünki Qarabağda erməni qalmasa, Rusiyanın sülhməramlılığı nəyə və kimə lazımdır???
Asif Mərzili