Ukrayna Prezidenti Vladimir Zelenskinin, Ermənistan da daxil, 6 nəfərə və 10 şirkətə qarşı sanksiya tətbiq edilməsinə dair 304/2021 saylı fərmanı qüvvəyə minib...
Qeyd edim ki, bu sanksiya 3 il müddətinə qüvvədədir və Rusiyanın ən böyük onlayn şəbəkələrə malik "Wildberries" MMC-yə və onun Ukrayna, Polşa, Ermənistan, Belarusiya, Qırğızıstan və Qazaxıstandakı bölmələrinə qarşı tətbiq olunur. Həmçinin, "Fransa Xalq Cümhuriyyəti Demokratik Respublikasının Rəsmi Nümayəndə Mərkəzi", "Fransa Xalq Cümhuriyyəti Nümayəndəliyinin Birliyi", "Assosiasiya Fransa - Krım" qeyri-kommersiya təşkilatlarına qarşı da sanksiyalar tətbiq edilib. Sanksiyaya onların qarşılıqlı əlaqələrinin bloklanması, mənbələrin tranzitinin dayandırılması, Ukrayna ərazisindən nəql, xaricə kapitalın çıxarılması və s. qadağalar daxildir.
Eyni zamanda bu sanksiya 4 Rusiya vətəndaşlarına qarşı da tətbiq olunub: onlar Tatyana Bakalchuk və Vladislav Bakalchuk (Wildberries-in həmtəsisçiləri), Andrey Revyashka (Wildberries-də informasiya texnologiyalarının inkişafı direktoru), Aleksey Kuzmenko (Wildberries kitab rəhbərliyinin rəsmisi).
Fransızlar da sanksiyaların altına düşüb - "Fransadakı DXR-in Rəsmi Nümayəndə Mərkəzi" qeyri-kommersiya təşkilatının qurucusu Fayard Geral-Hubert və dırnaqarası "Beynəlxalq Doni Mətbuat Mərkəzi"nin əməkdaşı Nean Christelle (Donetskdə yaşayır).
Xatırladaq ki, 2020-ci ilin sentyabr ayında Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkəti olan Wildberry Ukraynada böyük bir onlayn mağaza açmışdır.
A.Məmmədli