Rusiyanın xarici işlər naziri Sergey Larov bildirib ki, Rusiya sülhün bərqərar olması üçün Qərbdən ciddi təkliflər gözləyir və Ukrayna ilə danışıqlar aparılmayacaq.

Eyni zamanda, Rusiya XİN rəhbəri NATO-nun siyasətinin Hitlerin yırtıcı üsullarına bənzəməyə başladığına da işarə edib. Tezadlar.az "Azadlıq radiosu"na istinadla bildiri ki, Sergey Lavrov 2022-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirib ki, Rusiya tərəfi Ukrayna prezidenti Vladimir Zelenski ilə heç bir danışıqlar aparmaq fikrində deyil və Qərbdən belə təkliflər olmayıb.

Lavrovun mətbuat konfransı Rusiya departamentinin kanalında yayımlanıb. Lavrovun sözlərinə görə, Ukrayna lideri Zelenski münaqişənin həlli üçün “absurd sülh təşəbbüsləri” irəli sürür, ona görə də onun təşəbbüsləri əsasında onunla danışıqlardan söhbət gedə bilməz. Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Ukrayna qanunvericiliyinə görə, Rusiya hökuməti ilə danışıqlar aparmaq qəti qadağandır. 
Xatırladaq ki, yanvarın 10-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara prezident Vladimir Zelenskinin İndoneziyada keçirilən G20 sammitində təqdim etdiyi “sülh formulu”nu dəstəkləyir. Onun sözlərinə görə, Rusiya da Ukrayna ilə dialoqa hazır olduğunu nümayiş etdirir. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov isə yanvarın 17-də bildirib ki, Rusiya danışıqlar masasına yalnız öz şərtləri ilə oturmaq istəyir. Kremlin diplomatik dialoqa hazır olması onunla bağlıdır ki, Rusiya hakimiyyəti ruslara özlərini qalib kimi təqdim etmək niyyətindədir...

Ukraynada isə müharibə hər gün daha çiddətlə alovlanmaqdadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN