Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər böyük narahatlığa səbəb olur.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde özünün "Twitter" səhifəsində yazıb.

O, tərəfləri Azərbaycan, Rusiya və Ermənistanın hökumət başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə çağırıb:

"Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər barədə məlumatlar böyük narahatlığa səbəb olur. Tərəfləri son humanitar addımları inkişaf etdirməyə və həll edilməmiş məsələlərin dinc yolla həlli üçün 9 noyabr bəyanatını tam yerinə yetirməyə çağırıram", deyə A. Linde qeyd edib. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN