SSRİ-nin sonuncu baş katibi, həm də sonuncu prezidenti Mixail Sergeyeviç Qorbaçov Rusiya və ABŞ-ı nüvə silahlarını azaltmağa çağırıb.
O, Rusiya mətbuatına verdiyi müsahibəsində bildirb ki, əvvəlcə Rusiya və ABŞ nüvə silahlarının azaldılması barədə razılığa gəlməli, sonra bu tip başlıqları olan ölkələri də danışıqlara cəlb etməlidir. O, vurğulayıb ki, bu, nüvə silahının tamamilə ləğv edilməsinin əsas şərtidir.
Qorbaçovun sözlərinə görə, yalnız sabitlik kifayət etmir, nüvə silahlarının daha aşağı səviyyəsi ilə bağlı razılığa gəlmək lazımdır: “Son məqsəd nüvə silahının tamamilə aradan qaldırılmasıdır, çünki nüvə müharibəsi qəbuledilməzdir”.
Xatırladaq ki, dünən iyulun 31-də strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması haqqında Müqavilənin (START 1) imzalanmasının 30 ili tamam olub. Sənəd 1991 -ci ildə Mixail Qorbaçov və böyük Corc Buş tərəfindən imzalanıb. SSRİ ilə ABŞ arasında imzalanan ilk müqaviləyə görə, ölkələrdən nüvə silahlarını azaltmaq tələb olunurdu.
Qeyd edək ki, Qorbaçov Azərbaycan xalqının və tarixin yaddaşına 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı kimi həkk olunub. Həmçinin məhz M.S.Qorbaçovun hakimiyyətə gəlməsindən sonra erməni separatçıları Qarabağda fəallaşdı və sovet rəhbərliyi erməni terrorçuları həm himayə, həm də müdafiə etdi.
JASMİN