Xəbər verildiyi kimi, dünən avqustun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclası,
erməni lobbisinin bütün gücünü ortaya qoymağa çalışdığı toplantısı keçirilib. Azərbaycanın daim nümayəndəsi Yaşar Əliyevin çoxəhatəli, əsaslandırılmış çıxışından sonra dəqiqləşdi. Azərbaycanlı diplomat elə nitqinin əvvəlində BMT Təhlükəsizlik Şurasının Ermənistan üçün sui-istifadə platformasına çevrildiyinə işarə edib: "Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır”. Y.Əliyevin bu fikrini daha sonra onun türkiyəli həmkarı Sədat Önal da dəstəkləyib: “Türkiyə Ermənistanın BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq meydandan Laçın dəhlizi mövzusu daxil olmaqla siyasi motivli ittihamları bəyan etmək üçün istifadə cəhdlərindən narahatdır”. Qardaş Türkiyədən başqa, iclasda Azərbaycanın mövqeyini ən azından dinləməyə çağırış edən ölkələr arasında Albaniya və Braziliya nümayəndələrini da olduğunu qeyd etmək lazımdır. Diplomatlar BMT-dəki həmkarlarına Xankəndi-Ağdam yolunun açıq olduğunu xatırladıblar. Bu çıxışları ilə onlar Ermənistana eyham vurublar ki, əgər İrəvanın “humanitar tələbatı” varsa, Azərbaycanın təklif etdiyi yolu seçməlidir. "Humanitar tələbatlar siyasiləşdirilməməli və digər məsələlərin çözümü üçün sui-istifadə olunmamalıdır. Humanitar tələbatlar hər yerdə, həmçinin Qarabağ regionunda təmin olunmalıdır... Fikrimizcə, söhbət humanitar məsələdən gedirsə, mümkün olan hər şeyi, bütün variantları nəzərdən keçirmək lazımdır. Bura digər yollar, həmçinin təklif olunan Xankəndi – Ağdam yolu da daxildir”, - Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Hoca vurğulayıb. Toplantı iştirakçılarının bəzən həqiqət, bəzən təhriflərə müraciət etmələrinə baxmayaraq, onların hamısının bir ortaq nöqtəsi var idi: Azərbaycanın ərazi bütövlüyü məsələsi. Beləliklə, Ermənistanın BMT TŞ kimi dünya səviyyəli platformanı teatr səhnəsinə çevirmək cəhdləri baş tutmayıb.
XXX
Bütün bu müzakirələrlə də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan başda olmaqla, Ermənistanı dəstəkləyənlərin hamısı biabırçı duruma düşdülər.
Axı "ulduza hürən" bu ağılsız köpəklər yığnağı bilməli idi ki, Azərbaycanın ərazi bütövlüyü barədə hələ 1992-ci ildə 4 qətnamə qəbul edən BMT TŞ-də indi Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alacaq hansı qərar qəbul edilə bilər ki?!
Digər tərəfdən, ağlağan yetim uşaq kimi dediyini etdirmək istəyən bu erməni yığnağı anlamaq istəmir ki, Qarabağ Azərbaycandırsa, ora lazım olan yükü də haradan aparmağı Azərbaycan müəyyən etməlidir, Ermənistan yox.
Beləliklə, buyursunlar, yüklərini geri qaytarıb Gürcüstanaş oradan isə Qazax-Yevlax-Bərdə-Ağdam-Xankəndi marşrutu ilə gətirə bilərlər. Qarabağdakı ermənilərə ərzaq lazımdırsaş Azərbaycanda nə qədər istəsələr var. Allahlarına şükür etsinlər ki, Azərbaycan bu yükün öz ərazisindən keçirilməsinə və ağlaşma quran ermənilərə ötürülməsinə razılıq verir.
BMT TŞ-yə gəlincə, yaxşı olar ki, bu saxta və süni mübahisəyə son qoymaq üçün xeyli ərzaq toplayıb özləri Qırmızı Xaçın əli ilə ermənilərə çatdırsın. Görək bundan sonra nə deyəcəklər...
A.Məmmədli