Ermənistanın "barmağı qanayan kimi" beynəlxalq təşkilatların saçyoldusu başlayır...

Lakin bu kar, kor və lallar təşkilatı nədənsə həmin o Ermənistanın 30 ildən çox müddətdə Qarabağda törətdiyi insanlıqdan uzaq vəhşilikləri görə bilmir. Səbəbini özləri də yaxşı bilir. Amma kar, kor və lal adama nəyi izah edəsən ki?!

***

Budur, "Azad olunan ərazilərdə tapılan kütləvi məzarlıqlarla bağlı bu günə qədər beynəlxalq meyarlara cavab verən 18 hesabat tərtib edərək beynəlxalq qurum və məhkəmələrə təqdim etmişik. Azərbaycan hər zaman bütün beynəlxalq hüquq norma və prinsiplərinə hörmətlə yanaşıb, onlara riayət edib. Təəssüf ki, Azərbaycana qarşı biz bu hörməti görmürük", -deyən İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Naxçıvanda “Beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi kateqoriyaya aid şəxslərin hüquqlarının müdafiəsinin praktiki aspektləri” mövzusunda keçirilən seminarda təəssüf hissi ilə əlavə edib ki, ən çox mina terrorundan əziyyət çəkən ölkələrdən biri Azərbaycandır: "30 il ərzində bütün beynəlxalq qurumlara müraciət etməyimizə baxmayaraq, 4 minə yaxın soydaşımız haqqında hələ də məlumat ala bilməmişik. Onların arasında qadın və uşaqlar çoxluq təşkil edir. İşğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri zamanı kütləvi məzarlıqlar aşkar olunub. Bu məzarlıqlarda tapılan qalıqların üzərində işgəncə faktları təsdiqlənib. Bu günə qədər tərəfimizdən beynəlxalq meyarlara cavab verən 18 hesabat tərtib olunaraq beynəlxalq qurum və məhkəmələrə təqdim edilib. Bunlardan mina terroru və itkin düşmüş şəxslər haqqında hesabatları misal göstərə bilərəm. Hesab edirik ki, bu cür konfrans və seminarların təşkil olunması, xüsusən də Naxçıvan Muxtar Respublikasında keçirilməsi olduqca vacib və əhəmiyyətlidir. Bu konfranslar vasitəsilə biz öz haqlı mövqeyimizi daha yaxşı və bilavasitə çatdırmaq imkanı əldə etmiş oluruq".

Bəli, Ermənistanın vəhşiliklərinə göz yumanlar indi də Ermənistanın halına yanırsa, vay onların halına... Axı nə vaxta kimi bu vəziyyətlə baş girləyəcəklər? 

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN