Rusiya Federasiyası hökuməti təşkilatın Belarus paytaxtında keçiriləcək sammitinə

respublika nümayəndələrinin gəlməməsinə baxmayaraq, Ermənistan Respublikasının KTMT çərçivəsində fəaliyyətini inkişaf etdirməyə davam edəcəyini güman edir, həm də onların iştirak etməməsindən təəssüflənir.

 Bu, RF prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasında aydın ifadə olunub:

 “Biz təəssüf edirik ki, Ermənistandan yüksək səviyyədə iştirak olmayacaq. Ümid edirik ki, ekspert səviyyəsində olacaq.Həmçinin ümid edirik ki, Ermənistan təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcək”, - Dmitri Peskov deyib.

 Qeyd edək ki, ötən gün Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri A.Mirzoyan belaruslu həmkarı ilə telefon danışığı zamanı bu gün Minskdə başlayacaq KTMT-nin növbəti sammitində iştirak etməyəcəyini bildirib.

“Ararat Mirzoyan qeyd edib ki, KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin noyabrın 22-də Minskdə keçirilməsi planlaşdırılan birgə iclasında iştirak edə bilməyəcək”, - deyə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Daha əvvəl isə Ermənistanın müdafiə naziri Suren Papikyan, baş nazir Nikol Paşinyan da KTMT sammitindən iştirakdan imtina etdiklərini bəyan ediblər.

Xatırladaq ki, uzun müddətdir ki, Ermənistan KTMT ilə bağlı müxtəlif açıqlamalar verir. Bir müddət əvvəl (44 günlük Vətən müharibəsində) Ermənistan hakimiyyəti KTMT-dən guya ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün hərbi yardım göstərməyi xahiş etmişdi. Lakin saxta məlumatları işə yarımadı və istəklərinə nail ola bilmədilər. Daha sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina etdi. Səbəb olaraq  "Ermənistan-Azərbaycan sərhədində mövcud vəziyyəti nəzərə alaraq, Ermənistan Respublikasının Müdafiə Nazirliyi ER Silahlı Qüvvələri qarşısında qoyulmuş tapşırıqları əsas götürərək KTMT çərçivəsində Qazaxıstanda keçirilən təlimlərdə iştirakdan imtina edilməsi qərara alınıb" bildirildi.

Həmin dövrdə Ermənistanın keçmiş baş naziri Aram Sarkisyan isə ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını təklif etmişdi.

O, bəyan edirdi ki, guya KTMT Ermənistanın təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və təşkillata üzvlük İrəvanın Qərbdən, xüsusən də ABŞ və Fransadan hərbi yardım almasına mane olur...

Lakin heç kəsə sirr deyil ki, Ermənistan həmin dövlətlərdən istənilən dəstəyi və yardımı alır, baxmayaraq ki, Azərbaycanın böyük bir ərazisi Ermənistan işğalçıları tərəfindən dağıdılıb, talan edilib və ölkəmizin bu quruculuq-bərpa işlərində külli miqdarda maliyyəyə ehtiyacı var.

Həmçinin Ermənistan hakimiyyətində təmsil olunanlar Rusiya və RF rəhbərliyi əleyhinə də ağlına və ağzına gələn açıqlamaları verir, tələblər irəli sürür, təhdid edir  və s..

Rusiya isə Ermənistandan hələ də ümidini kəsməyib... 

 

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN