ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevdən iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə köməkçisi Ceyms O`Brayenin Bakıya səfərinə razılıq verilməsini xahiş edib.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Dövlət başçısı bu təkliflə razılaşıb ki, bundan sonra Azərbaycanın yüksək rütbəli rəsmilərinin ABŞ-a səfərinə qoyulan qadağa götürülsün. Blinken, öz növbəsində, bu şərti qəbul edib.

Prezident İlham Əliyev həmsöhbətinə Vaşinqtonun Bakıya qarşı son addımlarının ikitərəfli münasibətlərə ciddi zərbə vurduğunu da vurğulayıb.

Telefon danışığı zamanı həmçinin Ermənistan və Azərbaycan arasında sülh müzakirə edilib. Blinken Azərbaycan və Ermənistan arasında güclü və təmsilçi sülh sazişi bağlamağa hazır olduğuna görə İ.Əliyevə təşəkkür edib.

Bir gün əvvəl Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını da müzakirə edib.

Bundan əvvəl, noyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, İrəvan və Bakı sülh müqaviləsinin əsas prinsiplərini razılaşdıra biliblər. Ermənistanın baş naziri əlavə edib ki, bu prosesdə həm yaxşı, həm də pis xəbərlər var. Belə ki, onun sözlərinə görə, “ölkələr müxtəlif diplomatik dillərdə danışır və çox vaxt bir-birini başa düşmür”.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN