Son illərin siyasi hadisələri ona gətirib çıxarıb ki, Yaxın Şərqdə vəziyyət ABŞ-ın yox, Vaşinqtondan asılı olmayan və İsrailə düşmən olan qüvvələrin xeyrinə dəyişir.

Bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib.

Tezadlar.az xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

“Yaxın Şərqdə vəziyyət, onun siyasi coğrafiyası dəyişir, lakin ABŞ-ın xeyrinə deyil, İsrailə müqavimət cəbhəsinin xeyrinədir. Bu bölgədə tədricən suverenlik əldə edən bu yeni xəritə bir neçə xüsusiyyətə malikdir. Onun ilk xüsusiyyəti Amerikasızlaşmadır”, - Xamenei bildirib.

İran lideri qeyd edib ki, “Amerikasızlaşdırma” termini mütləq Yaxın Şərq ölkələri ilə ABŞ arasında münasibətlərin tamamilə kəsilməsi demək deyil, sadəcə, “Amerikanın bu regionda hökmranlığının tədricən zəifləməsi” deməkdir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin Fələstin-İsrail münaqişəsindən sonra iki dövlətin yaradılmasının zəruriliyi ilə bağlı sözlərini Rusiyanın Yaxın Şərqdəki siyasətində haqlı olduğunu etiraf etdiyini bildirib.

Zaxarovanın sözlərinə görə, Kreml həmişə ondan çıxış edib ki, Fələstin-İsrail münaqişəsinin həlli yalnız “beynəlxalq qərarlarla təsdiq edilmiş iki dövlət formulundan” keçə bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN