"Paşinyan hakimiyyətə gəldikdən sonra apardığı avantürist siyasət nəticəsində qonşularla münasibətini gərginləşdirmiş, xüsusilə də müttəfiqi olan Rusiya ilə siyasi münasibətlərini korlamışdır. Təbiidir ki, Paşinyanı hakimiyyətə gətirən dairələr açıq şəkildə Paşinyanı antirusiyaya kökləmişdir".

Bu fikirləri mətbuata açıqlamasında politoloq Azad Məsiyev bildirib: "Paşinyanın xarici siyasəti qərbyönlü olmasına baxmayaq ölkənin  iqtisadiyyatı qonşu respublikalara bağlıdır. Xüsusilə də Türkiyə, İran, Azərbaycan, Gürcüstan, Rusiyaya bağlıdır. Təbii ki,  Ermənistan öz iqtisadi  rifahını yaxşılaşdırmaq üçün qonşularla münasibətini düzgün qurmalıdır. Təəssüflər olsun ki, Ermənistanın apardığı avantürist siyasəti nəinki qonşularına, xüsusilə də ona müttəfiq olan, Ermənistanı yaradan, himayə edən, qoruyan bir dövlətə qarşı yönəlib, hətta  Rusiya ilə münasibətini kəskinləşdirməkdədir.

Təbiidir ki, Rusiya da buna adekvat cavab verməkdədir. Rusiyanın Ermənistana həm hərbi, həm siyasi, həm də iqtisadi təsir rıçaqları var. Ermənistanın sərhədlərini Rusiya hərbiçiləri qoruyur, Ermənistanda Rusiyanın hərbi bazaları var. Bu hərbi qüvvə vasitəsilə Ermənistan hakimiyyətinə təsir etmək, güc tətbiq etmək imkanlarına malikdir. Eyni zamanda Ermənistanda xarici lobbilərin savaşı gedir, yəni ermənilərin Qərb lobbisi ilə, Rusiya lobbisi arasında bir savaş gedir və bu baxımdan Rusiyada yaşayan erməni lobbisi vasitəsilə Paşinyanın hakimiyyətinə təzyiq edir, yəni  siyasi rıçaqları var. Eyni zamanda, Ermənistanın idxal, ixrac əməliyyatı Rusiya bazarına bağlıdır. Ermənistanın enerjisi  təhlükəsizliyi Rusiyaya bağlıdır. Rusiya Ermənistana iqtisadi baxımdan da təsir etmək imkanlarına malikdir.

Son vaxtlar Rusiya ilə Ermənistan arasında diplomatik münasibətlərin gərginləşməsi, siyasi qarşıdurmanın yüksəlməsi artıq pik həddə çatıb. Əvvəllər mətbuatda siyasi xadimlər, ekspertlər Ermənistanla əlaqədar fikir bildirirdisə, indi Rusiya rəsmiləri Ermənistana qarşı açıq, kəskin bəyanatlar verir və qərarların qəbul edilməsinə çağırışlar olur. Bu baxımdan Rusiya öz təsir imkanlarına malikdir və son vaxtlar Rusiyaya gedən yolda problemin yaranması iki halda baş verə bilər. Bu ya hava şəraiti ilə əlaqədar ola bilər, qış mövsümü yaxınlaşır, yollar bağlana bilər. Buna baxmayaraq siyasi münasibətlərin korlanmasına da rəvac verir. Yəni Ermənistan buna rəvac verir ki, Rusiya Ermənistana qarşı təzyiq rlşaqlarından  istifadə etsin. Rusiya mətbuatının yazdığı məlumata görə son vaxtlar, Rusiya ərazisində erməni nömrəli avtomobillərin hərəkətini artıq məhdudlaşdırıblar. Eyni zamanda, erməni sürücülük vəsiqəsilə maşın idarə edən vətəndaşlara icazə verilmir. 

Artıq Rusiya öz imkanlarından istifadə edərək Ermənistan hakimiyyətini başa salmaq istəyir ki, Rusiyaya qarşı avantürist siyasətindən əl çəksin. Ermənistan dövlətini yaradan, Ermənistan dövlətini himayə edən Rusiya olub. Bir sözlə özü yeməyib, Ermənistanı yedizdirib. Nəticədə ermənilərin Rusiyaya xəyanətini Rusiya hakimiyyəti bağışlamayacaq. Ümumilikdə Ermənistanın, Paşinyanın apardığı siyasət tək  Rusiyaya qarşı deyil, qonşu respublikalarla apardığı avantürist siyasət regionda stabilliyi pozur. Açıq şəkildə Qərbyönlü siyasət yeritmək və Qərbin Cənubi Qafqaza girməsi qonşu respublikaların siyasi maraqlarına uyğun deyil. Qərbin  Cənubi Qafqaza Paşinyanın əli ilə girməsi göz qabağındadır. Bu da özünü açıq şəkildə Ermənistan rəhbərinin apardığı siyasətdə göstərməkdədir. Qərbin Cənubi Qafqaza girməsi həm Türkiyənin, həm İranın, həm Azərbaycanın, həm də Rusiyanın siyasi maraqlarına uyğun gəlmir. Ümumiyyətlə, fəlsəfədə belə bir kateqoriya var: "İqtisadiyyat bazisdir, siyasət üstqurumdur" prinsipləri var. Bu gün Ermənistan iqtisadi siyasətini xarici siyasətinə qurban verir. Bu gün Paşinyanın apardığı qərbyönlü siyasət onun iqtisadi maraqlarına uyğun gəlmir.

Qeyd etdiyim kimi, Ermənistanın iqtisadi inkişafı qonşularla münasibətini yaxşı qurmasından asılıdır. Türkiyə, İran, Azərbaycan, Rusiya ilə münasibətini yaxşı qurmalıdır. Təəssüflər olsun ki, Ermənistanın apardığı avantürist siyasət regionda stabilliyi pozur, region dövlətlərinin milli və dövlət maraqlarına zidd olduğuna görə qonşularla iqtisadi münasibətlərini yaxşılaşdırmağa problem yaradacaqdır. Bu baxımdan, Paşinyanın apardığı xarici siyasət regionda qarşıdurmanın qızışdırılmasına hesablanır."

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN