Rusiya ilə Ukrayna arasındakı müharibə uzandlqca uzanır...

Ukrayna uduzmaq istəmir, Rusiya isə qalib ola bilmir... Amma artıq məlumatlar var ki, Moskva və Kiyev arasında Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov səviyyəsində gizli danışıqlar aparılır. Tezadlar.az CNN- ə istinadla bildirir ki, bu sözləri amerikalı jurnalist, Pulitser mükafatı laureatı Seymur Herş Amerika administrasiyasındakı mənbələrə, eləcə də Ukrayna hökumətindəki vəziyyətlə tanış olan amerikalılara istinadən məqaləsində yazıb.

“Bu danışıqların aparıcı qüvvəsi Vaşinqton və ya Moskva deyil, ABŞ prezidenti Co Bayden və ya Rusiya prezidenti Vladimir Putin deyil, müharibədə vuruşan iki yüksək rütbəli general, rusiyalı Valeri Gerasimov və ukraynalı Valeri Zalujnı idi”-deyə, o bildirib.

Müqavilə, jurnalistin fikrincə, ilhaq edilən Krımın Rusiyanın tərkibində qalacağını və Ukraynanın işğal edilən ərazilərində prezident seçkilərinin keçirilməsini nəzərdə tutur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN