Gürcüstanın Avropa İttifaqına üzvlüyünün təsdiqinə rəsmi Kremli bərk əsəbləşdirib...

Tezadlar.az "Ria Novostiy"ə istinadla bildirir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ""3+3” formatının (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) qapıları əvvəlki kimi Gürcüstan üçün açıqdır", - deyərək Rusiyanın bu formatda fəal işlədiyini də söyləyib: "Əgər onlar bu formatda iştirak etməyə hazır olduqlarını hiss etsələr, bütün digər beş ölkə əminəm ki, bunu alqışlayacaqlar. Tarixi, indiki faktlar onu göstərir ki, bizim üçün regional problemləri region ölkələrindən daha yaxşı heç kim həll edə bilməz. Regional problemlərin həllinə qeyri-regional oyunçuları cəlb etmək cəhdləri ən yaxşı halda heç nə ilə bitər. Ən pis halda isə qlobal miqyasda ciddi fəlakətlə nəticələnər”.

Rusiya xarici işlər nazirinin müavini bujunla da Gürcüstanın bölgəyə Avropa İttifaqının gəlişinə şərait yaratmasına işarə vurub. Rusiya KİV- ləri isə rəsmi Kremlin bundan sonra daha sərt addımlar atacağını istisna etmir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN