BMT Təhlükəsizlik Şurası (TŞ) bu gün Qəzza ilə bağlı yenidən toplanır.
Bu barədə “Sky news” məlumat yayıb. Bildirilib ki, BMT TŞ Qəzzada atəşkəslə bağlı qətnaməni yenidən səsverməyə çıxaracaq.
Bu qətnamə Qəzza zolağına təhlükəsiz və maneəsiz humanitar girişə icazə vermək üçün hərbi əməliyyatların təcili dayandırılmasını və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini nəzərdə tutur.
Qeyd edək ki, BMT TŞ-nin Qəzza ilə bağlı sonuncu iclası noyabrın 29-da keçirilib.