Koronavirusun mənşəyini xüsusi xidmət orqanları deyil, alimlər araşdırmalıdır. Bu barədə Çinin ABŞ-dakı səfirliyi ABŞ xüsusi xidmət orqanlarının koronavirusla bağlı məruzəsinə münasibət bildiriblər.
Xəbər verildiyi kimi, koronavirusun dünyada sürətlə yayılması, peyvəndlərin effektsiz olması və virusun məhz insanları məhv etmək üçün bioloji bir silah olduğu barədə fikirlərlə yanaşı, virusun heyvanlardan insanlara keçməsi kimi fikirlər də geniş yayılıb. Çin diplomatik missiyası bildirib ki, virusun mənşəyi ilə bağlı tədqiqat Amerika xüsusi xidmət orqanlarının deyil, alimlər tərəfindən aparılmalıdır
VAŞİNQTON, 28 avqust. /TASS/. Çinin Vaşinqtondakı səfirliyi ABŞ kəşfiyyat orqanlarının koronavirusun mənşəyi haqqında yeni məruzəsini elmi cəhətdən inandırıcı olmadığını bildirib və bu məsələnin tədqiqi ilə Amerika xüsusi xidmət orqanlarının deyil, alimlərinin məşğul olmasına çağırıb. Çin diplomatik missiyasının bəyanatı cümə günü rəsmi saytında dərc edilib.
Məlumat üçün bildirək ki, ABŞ prezidenti Co Bayden bundan öncə koronavirusun süni yolla yaradılması barədə üstüörtülü məlumat vermişdi.Söz yox ki, koronavirus bəlasının kimlər tərəfindən, nə məqsədlə ( məqsəd aydındır: dünyan əhalisinin sayını kəskin surətdə azaltmaq) və necə yayılmasından Co Baydenin xəbəri var. Çin dövləti ABŞ-dan, BMT-dən, ÜST-dən virusun hansı laboratoriyada hazırlanması və hansı yollarla dünyaya yayılmasını təkidlə tələb edir.
Təəssüf ki, adı çəkilən təşkilatlar, nə də ABŞ Çinin bu tələbinə rədd cavabı verirlər və mövzudan yayınaraq ehtimallarla danışırlar. Dünyada isə insanlar kütləvi şəkildə qırılır, vaksin söhbəti də məhz bu prosesi sürətləndirir. Bir qrup milyarderin insanlığa qarşı bu cinayətin üstü açılmalı və qarşısı alınmalıdr:
"ABŞ kəşfiyyat idarəsinin uydurduğu məruzə elmi baxımdan inandırıcı deyil. [Koronavirusun] mənşəyinin aydınlaşdırılması elm işidir, bunu kəşfiyyat ekspertləri yox, yalnız alimlər etməlidirlər və edə bilərlər", - deyə Çin diplomatları vurğulayıblar.
"ABŞ kəşfiyyat orqanının məruzəsi Amerika tərəfinin görmək istədiyi cavabı verməyib. Bu cür səylərin davam etdirilməsi də əbəsdir, çünki mövzu özü [tədqiqat] mövcud deyil və elmə ziddir", - deyə bəyanatda bildirilir.
Səfirlik onu da qeyd edir ki, Çin tərəfi Vaşinqtonun Çinin koronavirus haqqında məlumatları araşdırmağa mane olması və beynəlxalq ictimaiyyət ilə bölüşmək istəməməsi barədə bəyanatlarının "qəti şəkildə razı olmadığını və sərt şəkildə pisləndiyini" bildirir. "Çin həmişə elmi yanaşmaya əsaslanan [koronavirusun] mənşəyinin aydınlaşdırılmasında iştirak etməyi dəstəkləyir və bu işi davam etdirəcək. Lakin biz siyasi manipulyasiyaya, günahkarlıq prezumpsiyasına və günahın başqalarının üzərinə atılmasına qarşı çıxırıq", - deyə Çin diplomatları qeyd ediblər.
Qeyd edək ki, ABŞ kəşfiyyat idarəsi cümə günü koronavirusun mənşəyi ilə bağlı qənaətlərinin cəmləşdiyi hesabatın gizli versiyasını ABŞ Milli Kəşfiyyat İdarəsinin direktor aparatının saytında dərc edib. Sənəddə, o cümlədən, koronavirusun bioloji silah kimi hazırlanmadığını, güya heyvanlardan insanlara keçdiyi qeyd edilir.
ABŞ prezidenti Co Bayden hələ may ayında bildirmişdi ki, ABŞ-ın kəşfiyyat idarəsi virusun yayılmasının necə başladığını əminliklə söyləmək üçün kifayət qədər informasiyaya malik deyil: O zaman Bayden xüsusi xidmət orqanlarına bütün mövcud məlumatları öyrənmək və 90 gün sonra onun üçün yeni hesabat hazırlamaq məqsədilə səyləri iki dəfə artırmağı tapşırmışdı.Nəhayət, bu sənədin gizli versiyası çərşənbə axşamı Baydenə təqdim edildi.
Yenə də gizli planın qeyri-müəyyənliyi, vaksin vurdurmağa məcbur edilmə kimi variantları davam edir, insanlar kütləvi şəkildə qırılır, bunun günahını isə peyvənd olunmamaqda görürlər.Təsadüfi deyil ki, bir sıra Avropa ölkələri, ABŞ-ın bir çox ştatları karantinə, məhdiyyətlərə, peyvəndə qarşı etirazını bildirmək üçün küçələrə axışırlar.
Hələlik isə, ABŞ rəsmi dairələrinin Çinin tələbinə hansı cavab uyduracaqlarını gözləyək.
Şakir QURBANOV