Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində deyib ki, Bakı və İrəvan sülh müqaviləsi imzalamaqdan o qədər də uzaqda deyil.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistandan sülh sazişi ilə bağlı təkliflərə cavab gözləyir.
“Başa düşmək vacibdir ki, danışıqların bu həlledici mərhələsində, yekun razılaşmadan o qədər də uzaq görünmədiyimiz zaman, həqiqətən, nəticəyönümlü hərəkətlərə ehtiyacımız var”, - Əmirbəyov bildirib.
O vurğulayıb ki, Azərbaycan hakimiyyəti Bakı ilə İrəvan arasında mübahisələrin həlli mexanizmi yaratmaq istəyir. Əmirbəyovun izah edib ki, söhbət tərəflər arasında bütün anlaşılmazlıqların aradan qaldırılması üçün zəruri olan ikitərəfli komissiya haqqında məqalədən gedir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bundan əvvəl Azərbaycanla sülh yaratmağa hazır olduğunu bəyan edib. Nazirin sözlərinə görə, İrəvan Bakı ilə konstruktiv danışıqlara sadiqdir. O, həmçinin əlavə edib ki, Azərbaycan hakimiyyəti sülh prosesinə və regionda uzunmüddətli sülhün bərqərar olmasına sadiqdir. Hazırda saziş üzərində iş davam edir, lakin tərəflər onun yekun mətni üzərində hələ razılığa gəlməyiblər.
E.ŞİRİNOV