Rusiya prezidenti Vladimir Putin seçkiqabağı debatlarda iştirak etməyəcək.
Bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Prezident seçkiqabağı debatlarda iştirak etmir", - Kremlin sözçüsü Putinin müzakirələrdə iştirak etmək planları barədə suala cavab verib.
Peskov Putinin prezidentliyə namizəd sertifikatı alması ilə bağlı sualı seçki qərargahına yönləndirib. "Qərargah var, qərargahın sədri var", - Peskov deyib.
E.ŞİRİNOV