Türkiyə həm Rusiya prezidenti Vladimir Putin, həm də Vladimir Zelenski ilə Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etmək məqsədi ilə əlaqə saxlayır.
Tezadlar.az bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
"Biz nəticəyönümlü və xarici təsirlərdən azad olan prosesləri idarə etməklə Ukraynadakı münaqişə kontekstində yenidən cəhd edə və sülh qapısını aça bilərik. Biz bu axtarışı həm cənab Putin, həm də cənab Zelenski ilə təmaslar vasitəsilə davam etdiririk. "Biz əvvəldən ədalətli sülhün müharibədən daha yaxşı olduğunu vurğulayırıq və bütün addımlarımızı bu anlayışla atmağa çalışırıq. Əgər sülh istəyiriksə, mütləq buna nail olmağın bir yolunu tapacağıq", - TRT telekanalı Ərdoğana istinadən xəbər verir.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin Türkiyəyə səfəri yaxın gələcəkdə, ola bilsin ki, gələcək seçkilərdən əvvəl baş tutacaq.
E.ŞİRİNOV