Dünən Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Ermənistanın siyasi rəhbərliyinin son addımlarına xitabən əsəbi formada bildirib ki, Rusiya Ermənistan rəhbərliyinin bəyanatlarını izləyir və onları diqqətdə saxlayacaq. 

Sitat: "Ermənistan rəhbərliyinin gündəlik verdiyi bəyanatlar, əlbəttə ki, bizi nə baş verdiyi və hansı addımlar arcagımızı düşünməyə vadar edir", - Rusiya XİN rəhbəri Sergey Lavrov bu gün Antalıyada keçirilən mətbuat konfransında deyib.  Sergey Lavrov həmçinin bildirib ki, İrəvandakı həmkarları bu yaxınlarda Azərbaycanın paytaxtı İrəvana səfər etmiş Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri Xovayevin səfərinin mümkünlüyünü təsdiqləməyib. Bu  Ermənistanın uzaqlaşma meylinin təsdiqidir. Sergey Lavrov əlavə edib ki, Ermənistan-Azərbaycan nizamlanması məsələsində irəliləyiş Rusiya, Ermənistan və Azərbaycanın rəhbərlərinin üçtərəfli razılaşmalarının nə dərəcədə vicdanla yerinə yetirilməsindən asılı olacaq. “Onlar (azərbaycanlılar) bütün məsələləri Rusiya, Azərbaycan və Ermənistan arasında ən yüksək səviyyədə qəbul edilmiş üçtərəfli bəyanatlar silsiləsi əsasında həll etməyə hazır olduqlarını təsdiqləyirlər”, - deyə Lavrov söyləyib.

Son vaxtlar Ermənistanda ən yüksək səviyyələrdə Rusiyadan qopmaq çağırışları artıb. Həttə bir çoxları Rusiya ilə bir ittifaqda olmanı siyasi səhv adlandırlb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN