Gürcüstanda yaşayan Azərbaycanlıların bu ölkənin həm də siyasi həyatında fəal iştirakı olduqca vacibdir...

Bunun üçün isə gürcü dilini bilmək əsasdır. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bir neçə aydır "Lelo" partiyasının Kvemo Kartli üzrə nümayəndəsi kimi fəaliyyət göstərən həmyerlimiz Aqil Mustafayevə daha bir vəzifə həvalə olunub. Bu barədə partiyanın sədri Mamuka Xazaradze dünən Marneulidə partiya tərəfindən təşkil olunan iftar mərasimində açıqlama verib. O bildirib ki, A. Mustafayev bundan sonra həm də partiyanın siyasi şurasının üzvü kimi təmsil olunacaq.

Bəli, Gürcüstanda fəaliyyət göstərən diasporlarımız və bu ölkədə öncül vəzifələrdə təmsil olunan soydaşlarımız gənclərimizin Gürcüstanın siyasi həyatında da fəal iştirakına dəstək verməlidirlər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN