Xəbər verildiyi kimi, Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlıların komandiri qeneral-leytanant Rüstəm Muradovun yerinə qeneral-mayor Mixail Kosobokov təyin edilib.

Yeni komandan da ilk səfərini Yerevana edib və Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb. Kosobokovun kim olduğu barədə mətbuatda bir çox materiallar verilib. Qarabağdakı rus sülhməramlıların komandiri vəzifəsinə niyə məhz onun gətirilməsi müzakirə mövzusu olaraq qalır. Məsələnin bəzi detalları ilə tanış olduqca, belə nəticəyə gəlmək olar ki, Kosobokov elə-belə,sıradan adi bir zabit deyil. Rusiyada Kosobokov kimi yüzlərlə general var, amma yenə də sualı təkrarlayaq: niyə bəs Kosobokov? Bəzi detalları aydınlaşdıraq:

Mixail Kosobokov 1999-cu ildə Ryazan Ali Hərbi Hava-Desant Məktəbini bitirib. Kosobokov Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Qüvvələrin komandir müavini vəzifəsində çalışıb. Sülhməramlıların yeni komandiri Rusiyanın Abxaziyadakı 7-ci hərbi bazasına komandanlıq edirdi.

Rusiya Federasiyası Prezidentinin 20 fevral 2016-cı il tarixli, 73 saylı fərmanı ilə general-mayor rütbəsinə layiq görülüb.

Qeyd edək ki, Mixail Kosobokovun adı Ukraynanın “Mirotvoreç” saytının məlumat bazasına daxil edilib. Ukrayna tərəfi Kosobokovu Donbasdakı separatçılara silah-sursat çatdırmaqda və Rusiya ordusunun hissələrini Ukrayna ərazisinə göndərməkdə ittiham edir.

"Muradovun yerinə Kosobokovun təyinatının gündəmə gətirilməsi onu deməyə əsas verir ki, Rusiya Qarabağla bağlı bəzi çirkin planlarını həyata keçirməyə çalışır”.

 Bu sözləri Sfera.az-a açıqlamasında Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə Moskvanın Abxaziyadakı hərbi bazasının rəhbəri, general-mayor Mixail Kosobokovun namizəd olacağı barədə erməni mətbuatının məlumatına münasibət bildirərkən, hərbçi ekspert Üzeyir Cəfərov deyib.

Üzeyir Cəfərovun fikrincə, bu Rusiyanın növbəti ikibaşlı oyunudur:

 "Azərbaycanla Gürcüstanın arasını vurmaq istəyirlər. Gürcüstan ərazisi olan Abxaziya Rusiya tərəfindən işğal olunub. General Kosobokov da bir müddət orada separatçılarla təmasda olub. Separatçılara hansı fəaliyyətlə məşğul olmaqla bağlı onlara müəyyən təlimatlar verib. İndi də bu şəxsiQarabağa gətirmək istəyirlər. Bu hal onu göstərir ki, Putin Dağlıq Qarabağı separatçı qurum kimi tanımağa hazırlaşır. Rusiyalı yeni həmsədr tanışlıq məqsədilə regiona gəlir və Azərbaycan tərəfdən axtarışda olan Araik Arutunyanla görüşür. Əlbəttə ki, bu tapşırığı ona Putin və Lavrov verib”.

 Ü. Cəfərov bildirir ki, Kosobokovun təyinatı ona xidmət edir ki, bu özündən razı generalı aləmi qarışdırmağa göndəriblər:

 "Prosesin gedişi belə deməyə əsas verir ki, Rusiyanın regionla bağlı təhlükəli, xain, uzaqgedən məqsədləri var. Kosobokovun göndərilməsi onu deməyə əsas verir ki, Rusiya Qarabağla bağlı bəzi çirkin planlarını həyata keçirməyə çalışır. Azərbaycan bu çirkin məqsədlərin həyata keçməsinə imkan verməməlidir”.

Ruslarda belə bir məsəl var: "Pojivem,uvidim". Yəni, yaşayarıq, görərik.Kosobokovun Qarabağda hansı məsləkə qulluq edəcəyəni yaşayıb görərik.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN