Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb.
Bu barədə Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.
Onun sözlərinə görə, hazırda Yaqub Zurufçunun vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Yaqub Zurufçunun müalicəsi üçün xaricdən həkim də dəvət olunub.
Qeyd edək ki, koronavirusa yoluxan Yaqub Zurufçu "Yeni Klinika"ya yerləşdirilib.
Şakir QURBANOV