Rusiya xarici işlər naziri Sergey Lavrovun üçtərəfli sazişlərin yerinə yetirilməsi ilə bağlı bəyanatına rəsmi İrəvanın reaksiyası göstərir ki, Ermənistan öz səhvləri və strateji hesablamalarına görə Rusiyanı günahlandırmağa çalışır.

Tezadlar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu, rəsmi Yerevanın öz səhvlərinə, strateji səhv hesablamalarına görə başqalarını günahlandırmasının növbəti nümunəsidir”, - o, brifinq zamanı deyib.

Yada salaq ki, iki gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın ölkənin Sünik bölgəsi üzərindən kommunikasiyalar haqqında sazişi sabotaj etməsindən çaşdığını bildirmişdi.

Nazir həmçinin xatırladıb ki, sənəddə respublikanın baş naziri Nikol Paşinyanın imzası var.

Lavrovun bəyanatını şərh edən Ermənistan XİN bildirib ki, bu cür bəyanatlar “Rusiya Federasiyasının İrəvanla Bakı arasında münasibətlərin nizamlanması prosesində konstruktiv iştirakını şübhə altına alır”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN