"Ramiz Mehdiyev tənqidçilərini hədələməkdənsə, rəhbəri olduğu Elmlər Akademiyasının işini gücləndirsin".

Bunu Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, Ramiz Mehdiyev Elmlər Akademiyasına rəhbərlik etdiyi dövrdə ancaq qalmaqallarla yadda qalıb: "Necə ki, hakimiyyət içərisində bölücülüklə məşğul olurdu, gənc kadrların irəliləməsinə maneçilik yaradırdı, indi də eyni işi Elmlər Akademiyasında davam etdirir. Elmlər Akademiyasına dövlət büdcəsindən ona görə maliyyə ayrılır ki, alimlərimizin uğurları artsın, gənc kadrlara yol açılsın, elmi nailiyyətlər əldə edilsin, cəmiyyəti ixtiralarla sevindirsinlər. Ramiz Mehdiyev Akademiyaya rəhbərlik etdiyi dövrdə bunların hansı baş verib? Bunun əvəzinə, Ramiz Mehdiyevin və onun yaxın qohumlarının adları mediada məhkəmələrlə, torpaq sahələriylə, böyük mülklərlə və alqı-satqılarla hallanır. İcra strukturlarında korrupsiyaya bulaşmış şəxslərin bir qismi Ramiz Mehdiyevin kadrlarıdır. Məhkəmələri davam edən keçmiş məmurların bir qismi qanunsuz əməllərində Ramiz Mehdiyevin adını hallandırırlar. Özünə hörmət edən məmur işinin öhdəsindən gələ bilmirsə, fərman gözləməməlidir, istefa ərizəsini yazıb otağını daha savadlı və işgüzar kadra verməlidir".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN