Suriya prezidenti Bəşər Əsəd Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ərəb respublikasının şimal bölgələrində vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar münasibətlərin normallaşdırılması təklifini qəbul edə bilər.
Tezadlar.az xəbər verir ki, bu fikri Türkiyənin iqtidaryönlü “Hürriyet” qəzeti yazır.
“Bir ildir israrla bunu ona uzatan prezident Ərdoğanla əl sıxmayan Əsəd səhvinin bədəlini gördü. Bununla belə, hələ də gec deyil. Yeni şəraitdə Əsəd Ərdoğanla əl sıxa bilər”, - nəşrin köşə yazarı Adulkadir Selvi yazır.
İyunun 28-də Türkiyə prezidenti Dəməşqlə 2012-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib. İyulun 12-də o, xarici işlər naziri Hakan Fidana normallaşma prosesi üçün yol xəritəsi hazırlamağı tapşırdığını açıqlayıb. Sonuncu noyabrın sonunda bildirib ki, Suriya hələ dialoqa hazır deyil.
E.ŞİRİNOV