Prezident İslam dünyasına müraciət etdi

İran prezidenti Məsud Pezeşkian Qərbi Asiyanın İslam dövlətlərini terrorçuların fəallaşdığı Suriyada vəziyyətin normallaşmasına kömək etməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bu gün Pezeşkian İran hökuməti və parlamentinin birgə iclasında çıxış edib. O bildirib ki, Qərbi Asiyada təhlükəsizliyi yalnız region ölkələri təmin edə bilər.

“Ümid edirəm ki, Suriyada yaranmış problem İslam ölkələrinin köməyi ilə həll olunacaq və müsəlman ölkələri öz ölkələrindəki münaqişələrin regiona gələcək xarici müdaxilələr üçün əsas olmasına imkan verməyəcəklər”, - o deyib.

Prezident vurğulayıb ki, İran heç bir şəkildə müharibə istəmir. Pezeşkian qeyd edib ki, insan haqlarını və sülhü müdafiə etmək iddiasında olanlar əslində çox vaxt müharibə və qan tökülməsinə səbəb olurlar. ABŞ və AB utanmalıdır ki, Qəzza və Livandakı fəlakət onların silahlarının dəstəyi ilə həyata keçirilir.

Pezeşkian əlavə edib ki, bütün region ölkələri oktyabrın 26-da İsrailin İrana qarşı təcavüzünü pisləyib və o, qonşu dövlətlərin düzgün mövqeyini yüksək qiymətləndirir.

Ötən gün İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, silahlıların Suriyadakı hərəkətləri ABŞ və İsraildən ilhamlanıb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN