"Zəngəzur dəhlizinin açılması, sadəcə, zaman məsələsidir, istər İran, istər Ermənistan olsun, buna mane ola bilməz".

Bunu mətbuata açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib: "Cənab prezident qəti şəkildə dedi ki, istəsələr də, istəməsələr də, Zəngəzur dəhlizini açacağıq! O dəhliz açılandan sonra, əlbəttə, bölgədə vəziyyət tamamilə dəyişəcək. Zəngəzur dəhlizinin açılması həm iqtisadi, həm də siyasi cəhətdən bölgədə tamamilə yeni situasiya yaradacaq. Əgər Ermənistan bir dövlət kimi mövcud olmaq istəyirsə, o, Azərbaycan və Türkiyə ilə münasibətlər qurmalıdır. Hər iki ölkənin ərazi bütövlüyünü tanımalı, “Dağlıq Qarabağ” iddialarından tamamilə imtina etməlidir, status məsələsini birdəfəlik yaddan çıxartmalıdır, bunlar artıq arxivdədir".

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN