...İranın İRNA Xəbər agentliyi İranda Xuzestan əyalətindəki Suz şəhərini Şuşa adlandıraraq Ermənistan səfirinin oraya səfərindən yazıb...

Bu, artıq həyasızlığın son həddi və Ermənistan kimi, qondarma, saxta bir dövlətə qucaq açmanın yeni formasıdır... Hansı ki, İRNA da, bu xəbər portalını idarə edənlər də, İranın dövlət rəsmiləri də başa düşür ki, artıq geriyə yol yoxdur, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşa alınmaz qala kimi, başı üzərində Azərbaycanın bayrağını dalğalandırır... Və özü də Türkiyənin bayrağı ilə bərabər. Başqa nə ad verəsən, buna isə, sadə dildə, Azərbaycana ilişmək deyirlər... Yəqinki Azərbaycan XİN bu məsələni ciddi şəkildə İranın siyasi hakimiyyətinin diqqətinə çatdıracaq... Fars dilində yayımlanmış həmin saxta xəbəri Azərbaycan (rus dilində orijinaldan) təqdim edirik: "Tehran, 14 oktyabr, İRNA - Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan Xuzistan əyalətinə səfəri zamanı Şuşanın tarixi və qədim görməli yerlərini ziyarət etdi. Artaşes Tumanyan və heyəti Şuşa valisinin dəvəti ilə şəhərin mədəni irsinin xəzinələrini, muzey bağını, tarixi abidələri, Apadananı, Darius sarayını, kral şəhərini, On beşinci şəhəri, Susa qalasını və Choghaznabil barış məbədini ziyarət edib. Ermənistanın İrandakı səfiri Xuzistana iki günlük səfəri zamanı əyalətdəki bir neçə balıq təsərrüfatını, şəkər qamışı fabriklərini və əntiq əşyaları ziyarət edib".

Bu da rus dilində: "Посол Армении в Иране посетил исторические памятники Шуша: Тегеран, 14 октября, ИРНА - Во время своего визита в провинцию Хузестан посол Армении в Иране Арташес Туманян посетил исторические и древние достопримечательности Шуша. Арташес Туманян и его делегация с приглашением губернатора Шуша посетили сокровища культурного наследия города, музейный сад, исторические памятники, Ападану, дворец Дария, королевский город, Пятнадцатый город, замок Суза и храм мира Чогхазнабил. Во время двухдневного визита в Хузестан посол Армении в Иране посетил несколько рыбных хозяйств, фабрики сахарного тростника и предметы старины в провинции".

Əlavə nə şərh verəsən ki?! Bu da İranın sifəti...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN