Gürcüstanda bələdiyyə seçkiləri başa çatıb... Və artıq Qorbi təşkilatının apardığı “exit-poll”un nəticələri açıqlanıb. Belə ki, Qorbi təşkilatı İmedi telekanalının sifarişi ilə “exit-poll” keçirib. Sözügedən “exit-poll”un nəticələrinə görə, Tbilisi, Batumi, Kutaisi və Rustavidə “Gürcü arzusu”nun mer namizədi hər dörd şəhərdə qalib gəlib. Qorbinin “İmedi” televiziyası adından keçirdiyi “exit-poll”un nəticələrinə görə, saat 18:00 -da “Gürcü arzusu” nun merliyə namizədi Kaxa Kaladze Tbilisidə 57,2% dəstək alıb. Vahid Milli Hərəkatın meriya namizədi Nika Meliyaya gəlincə, onu seçicilərin 42,8 faizi dəstəkləyib. Digər şəhərlərə gəlincə, “Qorbi”nin keçirdiyi exit-poll-un nəticələrinə görə, digər 3 böyük özünüidarəetmə şəhəri üzrə məlumatlar aşağıdakı kimi paylanıb: Batumi - "Gürcü arzusu", Arçil Çikovani - 50,8%, "Milli Hərəkat", Giorgi Kirtadze 49,2%; Kutaisi - İoseb Xakhaleişvili - 51,9%, Xatia Dekanoidze 48,1% Rustavi - Nino Latsabidze - 53,8%, Davit Kirkitadze 46,2%

Mübarizə isə davam efir. Müxalifət qalib gəldiyini, hakimiyyət isə səs çoxluğu ilə irəlidə olduğunu bildirir...

A.Məmmədov

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN