Ukrayna Prezidenti Vladimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə telefon danışığı zamanı Moldovanın enerji təhlükəsizliyini müzakirə edib. Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb. Maya Sandu Moldovada yaranan enerji böhranı zamanı, xüsusən də Ukraynanın qaz və elektrik təchizatı ilə bağlı vaxtında və operativ köməyinə görə Zelenskiyə təşəkkür edib. Prezidentlər enerji sektorunda böhranlı vəziyyətlərin qarşısının alınması məqsədilə gələcəkdə ikitərəfli əməkdaşlığın mümkün sahələrini müzakirə ediblər. Zelenski Ukraynanın düzgün enerji təchizatı məsələlərində Moldovaya yardım göstərməyə davam etməyə hazır olduğunu qeyd edib. Bu məqsədlə tərəflər yaxın vaxtlarda Ukraynada iki ölkənin energetika nazirləri səviyyəsində müvafiq məsləhətləşmələrin keçirilməsi barədə razılığa da gəliblər.

Xatırladırıq ki, Moldova əsas qaz təchizatını Rusiyadan alıb. Lakin iki ölkə arasındakı soyuq müharibə (eləcə də Rusiya ilə Ukrayna arasındakı hərbi qarşıdurma) bu sahədə problemlər yaratmaqdadır... 

Bu arada ABŞ prezidenti Bayden Rusiyanı qaz resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə etməməyə çağırıb. Belə ki, Rusiya Moldovanın qaz təchizatında süni problem yaşatmaqdadır, bunun üçün qazın qiymətini qəflətən (qış gələndə) artırmalı olub. Şərt qoyub ki, Moldova bütün borcunu (400 milyon dollardan çox) sıfırlayandan sonra aşağı qiymətə qaz ala bilər.

Azərbaycan da Moldovaya bu sahədə yardım etməyə söz verib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN